Gürcüstanın paytaxtı Tiflisin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi, həmçinin Kür çayının Tiflisdən keçən hissəsinin üzərində üzərində yerləşən və şəhərin simvollarından olan "Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
APA xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə teleqüllə və körpü göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb. Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.
Şərhlər