Tatarıstanın rəhbəri (rəisi) Rüstəm Minnixanov respublika pedaqoji şurasının iclasında miqrant uşaqların müdafiəsi ilə bağlı çıxış edərək, onların rus dilini bilməməkdə günahı olmadığını, onlara kifayət qədər tez öyrədilə biləcəyini qeyd edib.
Qaynarino xəbər verir ki, bu barədə "Business Online" yazıb.
"Yaxşı, uşağı məktəbə buraxmasalar nə olacaq? Uşaq harada olmalıdır? Dili bilməməsi onun günahıdır? Onlar öyrənəcək, istənilən uşaq 3-4 aya dili öyrənə bilər. Bu böyük bir şey deyil", deyə Minnixanov bildirib.
O, həmçinin qeyd edib ki, səfər edən əcnəbilərin əksəriyyəti əmək qabiliyyətli, qanuna tabe olan vətəndaşlardır və onlarla sadəcə olaraq sistemli iş aparılmalıdır.
Avqustun 20-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin məktəblərə qəbul edilən əcnəbi uşaqların sayının kəskin azaldığını bildirib. Onun sözlərinə görə, ən çox sənədlərin düzgün olmaması və rus dili imtahanındakı uğursuzluqlar səbəbindən qəbuldan imtina edilib. Volodin qeyd edib ki, məsələn, Tatarıstanda əcnəbilərin hər onuncu övladı rus dili imtahanından keçə bilməyib.
Aydın
Şərhlər