Xəbər lenti

Nikolas Maduro milli milis səfərbərliyi elan etdi
Dünya 15:24 22.08.2025

Nikolas Maduro milli milis səfərbərliyi elan etdi

Venesuela prezidenti Nikolas Maduro ABŞ-dan gələn təhlükə səbəbindən Bolivar Milli Milislərinin siyahıyaalınması və səfərbər olunduğunu elan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Nacional” məlumat yayıb.

Bildirilir ki, Respublikanın Suverenliyinin Müdafiəsi üzrə Milli Plan çərçivəsində tədbirlər avqustun 23 və 24-də şənbə və bazar günləri baş tutacaq.

"Mən Ali Baş Komandan kimi şənbə və bazar günləri böyük siyahıyaalma kampaniyası keçirməyi və ölkənin bütün milislərinin xidmətə çağırılmasını zəruri və vaxtında hesab etdim", deyə Maduro bildirib.

Venesuela rəhbəri həmçinin ölkədəki bütün ehtiyatda olan hərbçiləri, eləcə də onun sözlərinə görə, imperializmə müqavimət göstərmək istəyən vətəndaşları çağırıb. Maduronun sözlərinə görə, bununla əlaqədar olaraq həftəsonu respublikada hərbi qərargahlar, hərbi hissə və bazalar, eləcə də mərkəzi şəhər meydanlarından istifadə olunacaq.

Bundan əvvəl ABŞ-ın baş prokuroru Pam Bondi məlumat vermişdi ki, ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamenti Venesuela prezidenti Nikolas Maduronun həbsinə səbəb olan məlumatlara görə mükafatı 50 milyon dollara qaldırıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Maduro "beynəlxalq terror təşkilatları” ilə əməkdaşlıqda və narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur. Vaşinqton onu "milli təhlükəsizliyə təhdid” hesab edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->