Xəbər lenti

Tarixin ən yaxşı mərkəz hücumçuları: Nə Ronaldo, nə Messi, nə də Maradona var...
İdman 14:01 22.08.2024

Tarixin ən yaxşı mərkəz hücumçuları: Nə Ronaldo, nə Messi, nə də Maradona var...

"Give me Sport" futbol tarixinin ən yaxşı mərkəz hücumçularının reytinqini dərc edib.

Qaynarinfo xəbər verir ki, siyahının birinci pilləsində braziliyalı Pele qərarlaşıb. 

İkinci yeri macar Ferens Puşkaş, üçüncü sıranı alman Herd Müller tutub. 

İlk "beşlik"də həmçinin braziliyalı Romario və portuqaliyalı Eysebio yer alıb.

Reytinqin hazırlanmasında fərdi göstəricilər nəzərə alınıb: qollar, kuboklar, "Qızıl top"lar.

Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da uzun sürən xəstəlik nəticəsində vəfat edib.

Onu da qeyd edək ki, ilk "20-lik"də nə Lionel Messi, nə Kriştianu Ronaldu, nə də Argentina futbolunun əfsanəsi Dieqo Maradona yer alıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->