Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? (VİDEO)
Son zamanlar müxtəlif sosial platformalarda gənc qızların və xanımların şəxsi fotolarının icazəsiz paylaşılması halları artıb.
Əsasən "TikTok", "İnstagram", "Telegram"da bu kimi şəkil və videolar qeyri-etik başlıqlarla təqdim olunur.
Bu azmış kimi, paylaşımların silinməsi qarşılığında müəyyən məbləğ də tələb olunur.
Paytaxt sakinləri arasında keçirilən sorğu zamanı məlum olub ki, vətəndaşların bir çoxu bu kimi oxşar hadisələrlə özlərinin, və ya yaxınlarının üzləşdiyini bildiriblər.
"Bir də gördüm ki, mənim adıma sosial şəbəkə səhifələri açılıb. Başqa bir adda. İki ildir, artıq üçüncü ilə keçir. Mənim hələ də şəkillərimdən istifadə edirlər", - deyə sakinlərdən biri bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər