Bakıda skamyada yatan şəxsin 3000 manat dəyərində telefonu və 100 manat pulu oğurlanıb.
Qaynarinfo xəbər verir ki, hadisə Fəvvarələr meydanında baş verib.
Murad Əliyev (şərti) Fəvvarələr meydanında "Bershka" adlı geyim mağazasının qarşısındakı skamyada yuxuya gedib. O, ayılanda məlum olub ki, "iPhone 14 Pro Max" telefonu və 100 manat pulu yoxdur. Murad Əliyev polisə müraciət edib.
Qısa müddət ərzində hadisəni törətməkdə şübhəli blinən Qafur Sadayev (şərti) saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Qafur Sadayev 3000 manatlıq telefonu 20 Yanvar metrostansiyasının yaxınlığında 300 manata satıb.
Ona Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilib. Cinayət işinə Səbail Rayon Məhkəməsində Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun çübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid
Şərhlər