Çin lideri Si Szinpin 2022-ci ildə ABŞ prezidenti Co Baydenlə söhbətindən sonra Rusiyaya birbaşa silah tədarükündən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post”
yazır.
Siyasi şərhçi Devid İqneyşin sözlərinə görə, bu məlumatı ABŞ rəsmiləri də təsdiqləyib. Məlumdur ki, Rusiyanın Ukraynaya təcavüzündən dərhal sonra Çin atəşkəsə çağırsa da, Rusiya prezidenti Vladimir Putin ondan silah istəyib.
Si birbaşa tədarüklərə hazır olub, lakin Baydenlə danışdıqdan sonra bunu etməkdən çəkinib. WP-nin məlumatına görə, ABŞ prezidenti daha sonra Çinə xəbərdarlıq edib ki, ABŞ Rusiyaya silah yardımına cavab verəcək. Bu, Baydenin onu təhdid edib-etmədiyini soruşan Sinin "qəzəbli cavabına" səbəb olub.
ABŞ rəsmilərinin sözlərinə görə, bundan sonra Çin lideri Qərblə danışıqlarda iştirak edən etibarlı şəxsə Ukraynaya qarşı müharibədə "Rusiyaya sakit köməyə” nəzarət etməyi tapşırıb, eyni zamanda atəşkəsə çağırıb.
Ekspertlərin fikrincə, bütün bu müddət ərzində Çin Rusiya Federasiyasına mərmi, raket və digər silahların istehsalı üçün istifadə olunan 50-yə yaxın "yüksək prioritetli” ikili təyinatlı mallar verir. Çin həm də peyk texnologiyaları tədarükçüsüdür.
ABŞ bundan narahatdır və iki yeni sərt əks tədbiri nəzərdən keçirir: Çinə qarşı sanksiyaların tətbiqi və Ukraynanın Rusiya ərazisinə zərbə endirmək üçün ABŞ-ın qısa mənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması.
"Bu addımlar Baydenin Ukraynanı dəstəkləmək üçün diqqətlə hazırlanmış siyasətinin əhəmiyyətli dərəcədə eskalasiyasını ifadə edərdi... İndi belə addımların nəzərdən keçirilməsi faktı administrasiyanın Ukraynanın döyüş meydanındakı zəifliyi ilə bağlı artan narahatlığını göstərir”, - materialda deyilir.
İqneyş ehtimal edir ki, Baydenin gələcək sülh danışıqları üçün yeni risklər yaradacaq "Kiyevlə müttəfiqliyini gücləndirib-gücləndirməyi” düşündüyü bir vaxtda Ukrayna "daha bir dönüş nöqtəsinə” yaxınlaşır.
Nizami Bağırov
Şərhlər