Xəbər lenti

Sərnişin avtobusunu narkotik qəbul edərək sürürmüş...  (VİDEO)
Video 14:54 09.10.2025

Sərnişin avtobusunu narkotik qəbul edərək sürürmüş... (VİDEO)

Sumqayıt Şəhər Polis İdarəsinin DYP Şöbəsi tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Qaynarinfo xəbər verir ki, növbəti tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb.

Avtobusu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb.

Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Şahin İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün inzibati qaydada həbs olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->