Hər kəs futbolda oyunu ilə zövq verən dahi oyunçuların çıxışlarını izləməyi çox sevir. Amma bəzən həmin dahi futbolçular gözlənilməz hərəkətləri ilə də gündəmə gəliblər. Hansı ki, onlara başqalarına hörmətsizlik etdikləri və ya digər utanc verici davranışları səbəbindən futbol oynamaq qadağan edilib.
Qaynarinfo qadağaya məruz qalan ən yaxşı oyunçuları və qadağalarının səbəbini təqdim edir.
Devid Layne
Devid Layne mərc və oyun saxtakarlığında iştirak etdiyi üçün 8 il futboldan diskvalifikasiya edilmişdi.
Co Barton
Bartona da mərc saxtakarlığına görə futbol oynamaq qadağan edilmişdi. O, futbol assosiasiyası tərəfindən mərc oyunlarında ittiham olunduğunu etiraf etdikdən sonra bir ilyarımlıq cəzaya məruz qalmışdı. Bu, 1960-cı illərdən bəri ən uzunmüddətli qadağalardan biri idi.
Dieqo Maradona
Bütün zamanların ən böyük futbolçularından biri olan Maradona bir dəfə dopinq testindən keçə bilmədiyinə görə 15 ay müddətinə futboldan uzaqlaşdırılıb. Pleymeyker 2020-ci ildə vəfat etsə də, azarkeşlər hələ bu hadisəni xatırlayırlar.
Luiz Suarez
2014-cü ildə keçirilən dünya çempionatı zamanı Giorgio Kyellinini dişlədikdən sonra uruqvaylı hücumçu 4 aylıq diskvalifikasiya olunmuşdu. Keçən yay "Atletiko"ya transfer olmamışdan əvvəl, "Barselona"da 150 qola imza atmışdı.
Patris Evra
UEFA tərəfindən keçirilən oyunların birində isinmə hərəkətləri etdiyi zaman tamaşaçını vurduğu üçün Evra futboldan 7 ay müddətinə uzaqlaşdırılmışdı. Tərəfdarlardan biri ilə bəzi sərt sözlər mübadiləsindən sonra Evranın soyuqqanlılığını itirərək emosiyalarını saxlaya bilmədiyi söylənilirdi.
Erik Kantona
"Qırmızı şeytanlar”da olduğu müddətdə Kantona "Mançester Yunayted”in əfsanəsinə çevrildi. Kantona da Patris Evra kimi azarkeşi döydüyünə görə 9 aylıq diskvalifikasiya edilib. O, Mançester klubunun heyətində olduğu müddətdə 131 qol vurub.
Səbuhi Həsənov
Şərhlər