Xəbər lenti

İdman 21:37 18.12.2025

"Sabah" "Qarabağ"a qalib gəldi, liderliyi ələ keçirdi

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyunda "Sabah" ölkə çempionu "Qarabağ"la qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdamlıların heyətində 9-cu dəqiqədə Leandro Andrade hesabı açıb. 52-ci dəqiqədə Coy Lens Mikels "bayquşlar"ın bərabərlik, 88-ci dəqiqədə Aron Maluda isə qələbə qolunu vurub.

Qeyd edək ki, "Sabah" 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib. 33 xala malik "Qarabağ" ikincidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->