Xəbər lenti

MIT mütəxəssisini kim vurdu? - Nüvə professorunun müəmmalı ölümü
Dünya 21:45 18.12.2025

MIT mütəxəssisini kim vurdu? - Nüvə professorunun müəmmalı ölümü

ABŞ-da yerləşən və dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılan Massaçusets Texnologiya İnstitutunun (MIT) termonüvə reaksiyası üzrə professoru qətlə yetirilib.

Qaynarinfo xəbər verir ki, 47 yaşlı nüvə elmi və mühəndisliyi professoru Nunu F. Qomes Lureyru Massaçusets ştatındakı evində odlu silahla bir neçə dəfə vurulmuş halda tapılıb. Xəstəxanaya çatdırılan professorun həyatını xilas etmək mümkün olmayıb. 

Norfolk dairəsinin prokurorluğu hələlik heç kimin saxlanılmadığını və istintaqın davam etdiyini bildirib. Hadisə yerinə gələn jurnalistlərə danışan bina sakinləri bazar ertəsi axşamı üç dəfə silah səsi eşitdiklərini deyiblər. Qonşular Lureyrunun iki azyaşlı övladı olan ailə başçısı olduğunu qeyd ediblər.

Portuqaliya əsilli olan Lureyru 2000-ci ildə Lissabondakı "Instituto Superior Técnico"da fizika təhsili alıb, 2005-ci ildə isə "Imperial College London"da fizika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Nəzəri fizik və termonüvə reaksiyası alimı kimi tanınan, maqnitləşdirilmiş plazma dinamikası sahəsində mükafatlı tədqiqatların müəllifi olan Lureyru 2016-cı ildə MIT-in akademik heyətinə qoşulub. 

O, daha əvvəl verdiyi açıqlamada "MIT bəşəriyyətin ən böyük problemlərinə həll yollarının tapıldığı bir yerdir demək mübaliğə olmaz. Termonüvə enerjisi insanlıq tarixinin axarını dəyişəcək" demişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->