AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən "Lənkəran" klubunun futbolçusu Səlim Alıyevlə bağlı şikayətini qismən təmin edib.
Qaynarinfo milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 7-də "Zəfər 44" komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası 3-ə endirilib.
Apellyasiya şikayətinin qalan hissəsi isə təmin edilməyib.
Cənub təmsilçisinə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.
Şərhlər