Xəbər lenti

Rusiyada bu gün işdən çıxarılan nazir intihar etdi
Dünya 17:21 07.07.2025

Rusiyada bu gün işdən çıxarılan nazir intihar etdi

İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt özünü güllələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

İlkin məlumata görə, o, mənzilində özünü güllələyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib. Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->