Dövlət şirkətlərinin birində titkinti-quraşdırma bölməsinin rəisi vəzifəsində işləyən B.Q. dələduzluğa məruz qalıb.
Qaynarinfo xəbər verir ki, o, təqaüd məsələsini həll etmək istəyərkən tora düşüb. Əvvəldən tanıdığı Rəmzi adlı şəxs ona bu işdə yardım edəcəyini deyib.
Təbii ki, yardım təmənnasız olmayıb. B.Q. Rəmziyə pensiya işini həll etmək üçün hissə-hissə 14 300 manat pul verib. Lakin qarşı tərəf vədini yerinə yetirməyib.
B.Q. hüquq-mühafizə orqanlarına müraciət edib. Rəmzi saxlanılıb və daha sonra Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.
Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb.
Rəmzi məhkəmə prosesi zamanı özünü verilmiş ittihamla təqsirli sayıb. Həmçinin məlum olub ki, B.Q.-ya dəymiş ziyan ödənilib və tərəflər barışıq əldə edib.
Buna baxmayaraq məhkəmə Rəmzi 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Seyid
Şərhlər