Xəbər lenti

Rusiya NATO-ya hücum etsə, Kalininqrad və Sevastopol məhv ediləcək - General
Video 11:18 14.10.2025

Rusiya NATO-ya hücum etsə, Kalininqrad və Sevastopol məhv ediləcək - General

Əgər Rusiya NATO ölkəsinə hücum etməyə qərar versə, Kalininqrad və Sevastopoldakı hərbi obyektləri ilk saatlarda məhv ediləcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı, general Ben Hodces "Вот так” layihəsinə müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiya ilə NATO arasında toqquşma Ukraynada gedən müharibəyə bənzəməzdi.

"Əgər Rusiya 2025-ci ildə Polşaya Ukraynaya etdiyi kimi hücum etsəydi, onu NATO-nun Hərbi Hava Qüvvələri və Alyansın quru qoşunları məhv edərdi. Buna əmin olmaq olar: Kalininqrad ilk saatlarda məhv edilərdi. İlk saatlarda – Kalininqrad yoxdur; bütün rus hərbi obyektləri məhv edilir. Sevastopoldakı bütün rus hərbi obyektləri də eyni taleyi yaşayar. Buna görə də birbaşa müqayisələr burada yersizdir”, deyə Hodces bildirib.

General əlavə edib ki, 2014-cü ildə müharibə başlayanda Avropa, ABŞ və Kanada ümumilikdə Ukraynanı dəstəkləsələr də, bir çox ölkə hələ də Rusiyadan neft və qaz tədarükündən çox asılı idi.

"O vaxt insanlar deyirdilər: "Dramatikləşdirməyin, Rusiya böyük dövlətdir, onun nüvə silahı var”. Biz isə hələ 2014-cü ildə Rusiyanın təcavüzünün cəzasız qalmayacağını aydın şəkildə ifadə edə bilmədik. Hətta Minsk razılaşmaları da fars idi. Heç bir sanksiya Rusiyanın davranışını dəyişmədi – o, bu tədbirlərə hörmət etmirdi”, deyə Hodces vurğulayıb.

O həmçinin qeyd edib ki, əgər NATO ölkələri daha yaxşı hazırlaşsaydılar və genişmiqyaslı işğalın başlanğıcında Rusiyanı açıq şəkildə xəbərdar edərək, Ukraynaya suverenliyini bərpa etmək üçün lazım olan hər şeyi verəcəklərini bəyan etsəydilər, vəziyyət tamamilə fərqli olardı:

"Əgər bu, bizim aydın məqsədimiz olsaydı, vəziyyət tamam başqa cür və Ukrayna indi fərqli vəziyyətdə olardı. Bunun əvəzinə biz illərlə "bəs Rusiya nüvə silahı tətbiq etsə nə olar? Bəlkə danışıqlar aparmalıyıq? Rusiyanın Ukrayna ərazisindən çıxışı barədə razılığa gəlməliyik” kimi boş söhbətlərlə vaxt itirdik”, deyə Hodces bildirib.

NATO baş katibi Mark Rutte də qeyd edib ki, Rusiya Federasiyası ilə NATO arasında mümkün müharibə, hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibədən tam fərqli olardı.

ISW analitiklərinin fikrincə, Rusiya NATO ilə müharibəyə hazırlığın "sıfır mərhələsini” başladıb. Onlar qeyd ediblər ki, Estoniya sərhədində "yaşıl adamların” (Rusiyanın gizli hərbçiləri mənasında) aşkarlanması gələcək mümkün hərbi toqquşmadan əvvəl informasiya-psixoloji meydanın formalaşdırıldığını göstərir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->