Xəbər lenti

Rodriges ABŞ-la əməkdaşlıqdan imtinaya görə öldürməklə hədələnib
Dünya 21:15 24.01.2026

Rodriges ABŞ-la əməkdaşlıqdan imtinaya görə öldürməklə hədələnib

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges bildirib ki, Nikolas Maduronun ələ keçirilməsindən sonra ABŞ hakimiyyəti onu öldürməklə hədələyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Rodriges bildirib ki, Maduronun ələ keçirilməsi əməliyyatı zamanı ABŞ qoşunları onu, xarici işlər naziri Xorxe Arreazanı və daxili işlər naziri Diosdado Kabellonu əməkdaşlıq etməsələr, öldürməklə hədələyiblər.

"Bildiyiniz kimi, təhdidlər prezidentin qaçırılmasının ilk dəqiqəsindən başlayıb. Mənə, Diosdadoya və Xorxeyə cavab vermək üçün 15 dəqiqə vaxt verildi. Əks halda, bizi öldürərdilər", deyə o bildirib.

Onun sözlərinə görə, əvvəlcə onlara Maduro və həyat yoldaşının artıq öldürüldüyü deyilib. Daha sonra onların girov götürüldüyü məlum olub: "Və bizə onların öldürüldüyü deyiləndə dedik: Eyni aqibəti yaşamağa hazırıq".

Rodrigez əlavə edib ki, təhdidlər bu günə qədər davam edir.

3 yanvarda ABŞ Venesuelaya hücum edib: Paytaxt Karakasda və Fort Tiuna hərbi bazasında partlayışlar baş verib. Hücumlardan sonra ABŞ prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞ qüvvələrinin Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirdiyini edib. Ağ Ev lideri Maduronun artıq prezident olmadığını və ABŞ-ın hakimiyyət keçidinə qədər Venesuelaya nəzarəti ələ keçirdiyini vurğulayıb.

Tramp daha sonra bildirib ki, ABŞ Venesuelanın resurslarından istifadə etməklə neft qiymətlərini aşağı salmaq niyyətindədir. O, iddia edib ki, bu, həm də ölkə iqtisadiyyatının bərpasına kömək edəcək.

Aydın

--> -->