Hüquq müdafiəçisi Fikrət Cəfərli həbs edilib.
"Qafqazinfo”nun məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.
F.Cəfərli böhtan atmaqda təqsirli bilinib. Ona 4 ay həbs cəzası verilərək, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Fikrət Cəfərli vəkil Elvin Əliyevin şikayəti əsasında təqsirli bilinib. Xüsusi ittihamçı F.Cəfərlinin Cinayət Məcəlləsinin 147.1-ci( böhtan) maddəsi ilə sanksiya həddində cəzalandırılmasını tələb edirdi.
Elvin Əliyev daha çox məhkum meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınıb.
Şərhlər