Xəbər lenti

Rekord tələbə qəbulunun səbəbləri:
Ölkə 14:14 23.08.2024

Rekord tələbə qəbulunun səbəbləri: "Regional universitetlər də brendləşir"

"Bu il rekord sayda tələbə qəbulunun həyata keçirilməsi növbəti illərdə prosesin davam etməsinə gətirib çıxardacaq. Gələn il ali təhsil müəssisələrinə plan yeri daha da artacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, bu il ali təhsil müəssisələrinə bakalavr pilləsinə maksimum sayda tələbə qəbulu həyata keçirilib:

"Bu da Azərbaycanın müstəqillik dövründə ən böyük rəqəmdir. Ümumilikdə 55 mindən çox tələbə qəbulu həyata keçirilib. Bu yaxşı rəqəmlərdir. Ümumilikdə, ixtisas seçimini qruplar üzrə təhlil edəndə ən ciddi bal artımı 1-ci ixtisas qrupunda riyaziyyat informatika alt qrupunda olub. Bundan başqa 4-cü ixtisas qrupunda tibb ixstisasları üzrə balların yüksəlişi müşahidə edilib. Bununda səbəbi martın 3-də keçirilən buraxılış imtahanında şagirdlərin nəticələrinin kifayət qədər yaxşı olması ilə bağlı idi. İkinci ixtisas qrupunda tədrisin ingilis dilində aparıldığı ixtisaslarda biz artım müşahidə elədik. Ötən il 600 ətrafında olan ballar bu il daha yüksək səviyyədə oldu. Sevindirici hal odur ki, bu il Qarabağ universiteti, istər Türk-Azərbaycan universitetində ballar ciddi formalaşa bildi. Artıq Azərbaycanda ali təhsil müəssisələri arasında rəqabət yaranacaq. Məsələn, Qarabağ universitetində istər 1-ci, istərsə də ikinci qruplarsa yüksək keçid ballarının formalaşması gənclərin sürətlə doğma torpaqda oxumaq istəyinə imkan verəcək. Bu işğaldan azad edilən tarixi torpaqlarda təhsilin bərpasına öz böyük töhvəsini verəcək. Qarabağ universiteti proqnozlaşdırılmış 1120 plan yerlərinin hamısını qəbul edə bilib". 
 


Kamran Əsədov bu il tələbə qəbulu prosesində abituriyentlərin regional ali təhsil müəssisələrinə maraglarının artmasını açıqlayıb:

"İxtisas seçimi ilə bağlı müqayisə aparanda görürük ki, Sumqayıt Dövlət Universitetinə ciddi maraq oyanıb. Bakı şəhərində ixtisas seçimi edən abituriyentlər Bakı Dövlət Universitetindən sonra ikinci yerdə Sumqayıt Dövlət Universitetini seçməkdə maraqlı olublar. Bu da son illər sözügedən universitetdə aparılan müsbət işlərin nəticəsidr. Artıq regional universitetlər bu addan çıxıb və Azərbaycan miqyasında yaxşı universitet brendi kimi formalaşmağa başlayıblar”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->