Xəbər lenti

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat etdi
Sənət 22:47 09.11.2024

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat etdi

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə APA-ya şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.

Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, "Qızıl qələm” mükafatı laureatıdır.

Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.
--> -->