Xəbər lenti

Rayonlardan Bakıya axın başladı - Səbəb nədir?
Ölkə 19:09 10.08.2025

Rayonlardan Bakıya axın başladı - Səbəb nədir?

Əvvəlki illərlə müqayisədə bu yay rayonlardan Bakıya gələnlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Halbuki ötən illərdə yay tətili müddətində paytaxtda insan sıxlığı nisbətən azalırdı.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Sahib Altay bildirib ki, yay aylarında paytaxt sakinləri istirahət üçün rayonlara üz tutduğu kimi, bölgələrdə, xüsusilə kəndlərdə yaşayan insanlar da Bakıya gəlməyə üstünlük verirlər:

"Bakı, Azərbaycanda həm şəhər statusuna, həm də müasir şəhər görüntüsünə sahib yeganə məkandır.

Rayon və kənd sakinlərinin paytaxtı görmək, gəzmək arzusu hər zaman olub. Digər mühüm amil isə dənizdir – yay mövsümündə insanların burada toplaşmasının əsas səbəblərindən biri də məhz budur. Bu səbəbdən yay aylarında paytaxtda sıxlıq artır”, - deyə sosioloq bildirib. 

Sosioloqun sözlərinə görə, digər fəsillərdə Bakıya gələn, lakin paytaxtın sıxlığına dözə bilməyən bir çox insan geri qayıdır:

"Artıq Bakı yaşaması çətin bir şəhərə çevrilib. İnsan sıxlığı ciddi problemlər yaradır. Yaxın gələcəkdə bu vəziyyətdən çıxış yolu bölgələrdə infrastrukturun inkişaf etdirilməsi ola bilər”, - deyə o, bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->