Xəbər lenti

43 yaşlı həkim əməliyyatdan sonra öldü
Ölkə 10:09 27.02.2026

43 yaşlı həkim əməliyyatdan sonra öldü

Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, G.Əkbərova 2012-ci ildən Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.
--> -->