Xəbər lenti

Qətər səhrasında 21 milyon yaşı olan nəhəng
Dünya 13:30 11.12.2025

Qətər səhrasında 21 milyon yaşı olan nəhəng "heyvan qəbiristanlığı" tapıldı

Əlli il əvvəl Qətər səhrasında alimlər nəhəng bir "heyvan qəbiristanlığı” aşkar etmişdilər. Lakin yalnız indi Smitson İnstitutunun və Qətər Muzeylərinin komandası Əl-Məsdəbiyə rayonunda – təxminən 21 milyon il yaşı olan dəniz inəkləri, köpəkbalıqları, ibtidai delfinlər, dəniz tısbağaları və balıqların qalıqlarının qorunduğu ərazidə – genişmiqyaslı tədqiqatı tamamlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "PeerJ” yazır.

Bu yer ilk dəfə 1970-ci illərdə geoloqlar tərəfindən qeydə alınmışdı və onlar sümükləri səhvən "sürünənlərə aid qalıqlar” hesab etmişdilər. Yalnız 2000-ci illərdə paleontoloqlar təsdiqlədilər ki, bu kütləvi şəkildə bir yerə yığılmış dəniz inəklərinin daşlaşmış qalıqlarıdır. 2023-cü ildə alınan icazələrdən sonra aparılan yeni araşdırma tapıntının miqyasını ortaya çıxardı: sümüklərin sıx toplandığı 170-dən çox ayrı sahə müəyyən edilib.

Tapıntılar arasında alimlər yeni bir növ də müəyyən ediblər — Salwasiren qatarenis (Qətərin şərəfinə adlandırılıb). Bu növ müasir duyqonlara bənzəyirdi, lakin arxa ətraf sümükləri, daha düz burun forması və qısa dişləri vardı — bu xüsusiyyətlər milyon illik təkamül ərzində müasir dəniz inəklərində itib.

Yaxınlıqdakı digər tapıntılar — köpəkbalığı, balıq, delfin və tısbağa qalıqları — göstərir ki, bu gün quru səhranın əhatə etdiyi ərazi vaxtilə zəngin ekosistemə malik dayaz dəniz olub.

Tədqiqatçıların sözlərinə görə, Əl-Məsdəbiyə dünyada dəniz məməlilərinin ən zəngin fosil yataqlarından biridir və Çilidəki məşhur "Balina təpəsi” Cerro-Balyenaya bənzəyir. Ətrafdakı qaya qatları 21 milyon illik dəniz mühitinin dəyişikliklərini detallı şəkildə özündə qoruyur.

Bu məlumatlar bu gün Ərəbistan Körfəzində baş verən dəyişiklikləri anlamaq üçün açar ola bilər. Hazırda dünyada duyqonların ən böyük sürüsü məhz bu bölgədə yaşayır, lakin onların mövcudluğu temperaturun yüksəlməsi, duzluluğun artması, çirklənmə və sürətli regional inkişaf səbəbindən təhlükə altındadır.

Alimlərin fikrincə, yeni aşkarlanmış qədim növ ekosistemdə demək olar ki, müasir duyqonların rolunu yerinə yetirirdi — dəniz otlaqlarının sağlamlığını qoruyur və biomüxtəlifliyə töhfə verirdi.

Smitson İnstitutundan Nikolas Painsun qeyd edir: "Təkamül subyektləri tamamilə dəyişib, lakin onların ekoloji rolları dəyişməyib”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->