Xəbər lenti

Qardaş qardaşı ov tüfəngi ilə qətlə yetirdi
Ölkə 22:50 30.03.2026

Qardaş qardaşı ov tüfəngi ilə qətlə yetirdi

Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
--> -->