Xəbər lenti

Qaradağda 45 min manatlıq mənzil dələduzluğu
Ölkə 10:23 11.02.2026

Qaradağda 45 min manatlıq mənzil dələduzluğu

Qaradağ rayonunda mənzil dələduzluğu baş verib.

Qaynarinfo-nun məlumatına görə, rayonun Lökbatan qəsəbəsində mənzillərdən birində məcbur köçkün kimi məskunlaşmış şəxs həmin mənzili tanışına satacağını vəd edib. Bunun müqabilində isə ondan 45 000 manat alıb. 

Qarşı tərəf aldanıldığını başa düşdükdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Mənzili "satan” şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. 

Cinayət işinə Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. 

Buna rəğmən, məhkəmə onu təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Həmin şəxsin həbsdə olduğu 3 ay 20 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 

Seyid
--> -->