Xəbər lenti

İdman 09:31 11.02.2026

"Qarabağ" klubu dünya reytinqində doqquz pillə irəlilədi

"Qarabağ" klubu dünya reytinqində doqquz pillə irəliləyib.
 
Qaynarinfo xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

"Köhlən atlar" 200 xalla 60-cı sırada qərarlaşıb.

Ölkənin digər təmsilçilərindən "Sabah" (96 xal) 224-cü yerdən 211-ə qalxıb. "Zirə" (63 xal) 389-cu mövqedən 418-ə, "Araz-Naxçıvan" (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu (595 xal) liderdir.
--> -->