Xəbər lenti

İdman 10:24 21.08.2024

"Qarabağ" daha bir aparıcı futbolçusunu itirdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" daha bir itki ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, "köhlən atlar"dan Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək.

Azərbaycan çempionunun aparıcı futbolçusu cəzalı duruma düşüb. O, Zaqreb "Dinamo"su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə alıb. Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu səbəbdən də Romao "Dinamo" ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək.

Xatırladaq ki, "Qarabağ" səfərdə 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Qarabağ"ın heyətində daha öncə iki futbolçusu Marko Yankoviç və Veşoviç zədə səbəbindən komandaya "Dinamo Zaqreb"lə görüşdə kömək edə bilməmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->