"Qalatasaray" yayda heyətində islahatlar aparacaq.
Qaynarinfo "Axşam" qəzetinə istinadən xəbər verir ki, gözləntilərdən aşağı performans sərgiləyən və maaşı yüksək olan futbolçularla yollar ayrılacaq.
Artıq komandanı tərk edəcək oyunçular da bəllidir. Qış transfer pəncərəsi dövründə İngiltərənin "Nottingham Forest" klubundan transfer edilsə də, Afrika Millətlər Kubokunda zədə aldığı üçün hələ də meydana çıxmayan Kot-d'İvuar millisinin üzvü Serge Auruer mövsüm başlayan kimi yola salınacaq.
Bundan başqa, "Tottenhem"dən icarəyə götürülən Tanguy Ndombele (bu mövsüm 25 oyun, 1 məhsuldar ötürmə), "Fulhem"dən icarəyə götürülən Karlos Vinisius (11 oyun, 2 qol), iki mövsümdür komandada oynayan Sergio Oliveyra (23 oyun, 2 qol, 2 ötürmə) və yayda "Şaxtyor"dan gələn, istənilən performansı sərgiləməyən Tete (40 oyun, 3 qol, 6 məhsuldar ötürmə) ilə yollar ayrılacaq.
Eynu zamanda, Hakim Ziyeşin taleyinə sezon sonu qərar veriləcək. Təklif gələcəyi təqdirdə onunla da yollar ayrılacaq. Həmçinin Barış Alper Yılmaz, Abdülkerim Bardakcı və Kerem Aktürkoğluna yaxşı təklif olacağı tədqirdə satılacaq.
Qeyd edək ki, hazırda Türkiyə Süper Liqasında 31 matçdan sonra 84 xalı olan "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı 2 xal qabaqlayaraq liderdir.
Aydın
Şərhlər