Xəbər lenti

Putin küncə sıxışdırılıb: Tramp ultimatum üçün uğurlu zaman seçdi -
Dünya 10:46 31.07.2025

Putin küncə sıxışdırılıb: Tramp ultimatum üçün uğurlu zaman seçdi - "Telegraph"

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukraynaya qarşı müharibəni dayandırması üçün yeni son tarix elan etməyə bundan uğurlu bir an seçə bilməzdi.

Qaynarinfo xəbər verir ki, "The Telegraph” qəzetindəki məqaləsində şərhçi Kon Koflinin yazdığına  görə, Tramp üç dəfə Rusiya lideri Vladimir Putini atəşkəs şərtlərini qəbul etməyə inandırdığını düşünmüşdü.
 
Amma hər üç halda Putin amerikalı liderlə telefon danışığını hansısa şəhərə, məsələn, Kiyevə raket zərbəsi ilə bitirib. Bu da Trampın belə deməsinə səbəb olub: "Belə olmaz”.

Koflin qeyd edir ki, Tramp nəhayət Putinin sadəcə onu "yardıma çağırımasının” vaxt qazanmaq və Rusiyanın hərbi səylərini davam etdirə bilməsi üçün olduğunu anlayıb. Bu isə o deməkdir ki, Moskvanın taktik dəyişmək üçün cəmi iki həftəyə yaxın vaxtı qalıb, əks halda nəticələrlə üzləşəcək.

Şərhçi vurğulayır ki, xüsusilə də Ağ Evin son zamanlar dünyanın ən böyük iqtisadi gücləri ilə ABŞ üçün son dərəcə əlverişli bir sıra ticarət sazişləri imzaladığını nəzərə alsaq, Trampın niyyətlərinin ciddiliyinə şübhə etmək üçün əsas yoxdur.

Bununla belə, Koflin yazır ki, ABŞ-ın ikinci dərəcəli sanksiyaları ilə qarşılaşmaq perspektivi – yəni Rusiya ilə ticarət edən tərəflərin də sanksiyalara məruz qalması – Putinin gözardı edə biləcəyi bir təhdid deyil. Çünki Rusiyanın müharibəni davam etdirmə gücü əsasən enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərə əsaslanır.

"Əgər bu gəlirlər kəsilsə, Putinin Rusiya imperiyasını bərpa etməyə yönəlmiş "dahi planı”nın daha bir dayağı çökər", – deyə Koflin vurğulayır.

Koflin əlavə edir ki, Putinin Moskvada təzyiq altında olduğuna dair əlamətlər var. Buna hakim elita daxilində təmizləmələrlə bağlı yayılan xəbərlər sübutdur.

Şərhçi diqqət çəkir ki, Putinin üzləşdiyi çətinliklərin miqyası keçən həftəsonu daha da aydın oldu – Kreml bu ilki ənənəvi Hərbi Dəniz Paradını ləğv etdi və səbəb kimi Ukraynada verilmiş ağır itkiləri göstərdi.

Bütün bunların fonunda Trampın atəşkəs üçün son tarixi irəli çəkməsi tam yerində qərar olub, çünki Putin özünün "xüsusi hərbi əməliyyat"ını davam etdirmək üçün imkanlarını sürətlə itirir.

"Əgər Putinə aydın şəkildə göstərilsə ki, onun Ukraynada müharibəni qazanmaq şansı yoxdur, o zaman Trampın atəşkəs planını qəbul etməkdən başqa çıxış yolu qalmayacaq", – deyə Koflin yekunlaşdırır.

Xatırlatma: Bir neçə gün əvvəl Tramp bəyan edib ki, əgər 10 gün ərzində Ukrayna müharibəsinin dayandırılması ilə bağlı irəliləyiş əldə olunmasa, Rusiya və onun ixracat məhsullarının alıcılarına qarşı sanksiyalar tətbiq olunacaq.

Əvvəllər Ağ Ev rəhbəri Rusiya liderinə 50 günlük möhlət vermişdi, lakin bu fikrindən daşınıb və bu müddəti 10-12 günə endirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->