Şəhərdə gəzişərkən ən çox təsir bağışlayan mənzərələrdən biri onun ucalan göydələnləridir. Bu nəhəng tikililər zəngin təxəyyül və incə şəhərsalma planlaşdırması tələb edir ki, səmaya doğru yüksələ bilsinlər.
Qayanrinfo xəbər verir ki, "TimeOut" nəşrinin Hündür Binalar və Şəhərsalma Mühiti Şurasına (CTBUH) istinadən yaydığı məlumata görə, binanın göydələn hesab olunması üçün onun hündürlüyü azı 150 metr olmalıdır.
Bu meyara əsaslanan reytinqə görə, Honkonq 560 göydələnlə ilk yeri tutur. Sürətlə artan əhali və dağlıq relyef şəraitində şəhərsalma mütəxəssisləri yeganə həll yolunu yuxarıya tikinti aparmaqda görüblər. Beləliklə, Honkonq Cənubi Çin dənizi sahilindəki həqiqi səmaya doğru yüksələn şəhərə çevrilib.
Şəhərin ən hündür binası Beynəlxalq Ticarət Mərkəzidir - 2010-cu ildə inşa olunub, 118 mərtəbə və 484 metr hündürlüyə malikdir. Daha sonra 2003-cü ildə tikilən və 416 metr yüksəkliyə sahib olan Two Beynəlxalq Maliyyə Mərkəzi, ardınca isə Central Plaza gəlir (1992-ci ildə tikilib, 374 metr). 1989-cu ildə inşa olunan Çin Bankının asimmetrik qülləsi isə Honkonqun simvollarından biri hesab olunur və hər axşam saat 20:00-dan sonra şəhəri bəzəyən daimi "İşıqlar simfoniyası" adlı instalyasiyanın bir hissəsidir.
Reytinqin ikinci pilləsində 444 göydələnlə Şençjen (Çin) qərarlaşıb. Şəhərin ən hündür binası "Ping An" maliyyə mərkəzidir.
Üçüncü yerdə isə dünya memarlığının simvolu olan Nyu-York dayanır. Burada 320-dən çox hündür bina var, o cümlədən Ümumdünya Ticarət Mərkəzi, "Chrysler" binası və "Empire State Building", bu da şəhəri həqiqi memarlıq muzeyinə çevirir.
Ən çox göydələnə sahib olan şəhərlərin ilk iyirmiliyi belədir:
1. Honkonq, Çin
2. Şençjen, Çin
3. Nyu-York, ABŞ
4. Dubay, BƏƏ
5. Quançjou, Çin
6. Şanxay, Çin
7. Kuala-Lumpur, Malayziya
8. Uhan, Çin
9. Tokio, Yaponiya
10. Çunçin, Çin
11. Çikaqo, ABŞ
12. Banqkok, Tailand
13. Çendu, Çin
14. Cakarta, İndoneziya
15. Mumbay, Hindistan
16. Toronto, Kanada
17. Şenyanq, Çin
18. Sinqapur, Sinqapur
19. Nannin, Çin
20. Hançjou, Çin
Aydın
Şərhlər