Xəbər lenti

Polşa Rusiyaya görə hərəkətə keçdi - Hava limanı bağlandı
Dünya 21:56 13.09.2025

Polşa Rusiyaya görə hərəkətə keçdi - Hava limanı bağlandı

Ukraynanın qərbində Rusiya pilotsuz təyyarələrinin mövcud hücum təhlükəsi səbəbindən Polşa və NATO qırıcıları ölkə səmasına qalxıb.

"Report" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

"Hava məkanımızın təhlükəsizliyini təmin etmək məqsədilə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəisi bütün lazımi prosedurlara başlayıb. Yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib", - məlumatda deyilir.

Polşanın şərqindəki Lyublin hava limanı da ölkənin Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyatla əlaqədar uçuşlar üçün müvəqqəti bağlanıb.

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk bundan əvvəl telegram kanalında bildirib ki, Polşa ilə sərhədə yaxın ərazidə fəaliyyət göstərən Rusiya pilotsuz təyyarələrinin təhdidinə görə, Polşa və müttəfiqlər tərəfindən profilaktik hava əməliyyatı başlayıb. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->