ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə hücumunu təsadüf hesab etmədiyini, həmçinin Ukraynanın müharibədə uduzmayacağına əmin olduğunu bildirib.
Qaynarinfo-nun "Report"a istinadən verdiyi məlumata görə, bunu Kelloq Yalta Avropa Strategiyasının (YES) 21-ci İllik Toplantısında deyib.
"19 dron sərhədi keçib – bu, təsadüf ola bilməz. Ola bilər bir hədəf səhv seçilsin, iki ola bilər, amma 19 yox", - Kelloq qeyd edib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin məqsədli hərəkət edir, o, siqnal göndərir və cavab eşitmək istəyir.
"Əgər biz tarixdən dərs çıxarmasaq, o zaman Üçüncü Dünya müharibəsinə doğru irəliləyəcəyik", – Kelloq deyib.
O, Rusiyanın müharibədə qalib gəlməyəcəyinə də əmindir: "Ukrayna bu müharibədə uduzmayacaq. Ukraynalıların Rusiya qarşısında mənəvi üstünlüyü var, bu, göz qabağındadır".
Şərhlər