Xəbər lenti

Pensiya islahatları vətəndaşa nə vəd edir? - Detallar açıqlandı
Ekonomiks 14:48 16.10.2025

Pensiya islahatları vətəndaşa nə vəd edir? - Detallar açıqlandı

"Biz bu barədə dəfələrlə demişik ki, Azərbaycanda özəl təqaüd fondları olmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda pensiya islahatlarının olacağı ilə bağlı sənədə aydınlıq gətirərkən deyib. 

Ekspert hesab edir ki, bazarda Dövlət Sığorta Fondu ilə Təqaüd Fondunun rəqibləri olmalıdır:

"Dövlət Sosial Müdafiə Fondu islahatların aparılması ilə bağlı açıqlama verməlidir. Yəni, fond investisiya yatırıb nə edəcək? Maliyyə Nazirliyi sərbəst vəsaiti depozitə yerləşdirir. Bunlar da Maliyyə Nazirliyi kimi edəcək, Azərbaycanda investisiya qoyacaq, yoxsa xaricdə? İnvestisiyadan əldə etdiyi gəlirlərdən Sosial Müdafiə Fondunda hesabı olan biz vətəndaşlara əlavə gəlir verəcəkmi? Bu sulların hamısının cavabı açıq qalıb. Açıqlanan rəsmi mövqe ümumi tezislər toplusudur. Mətndə detallar yoxdur. Amma necə deyərlər, şeytan detallarda gizlənir. Təəssüf ki, bu detallar olmadığından pensiya islahatlarının necə aparılacağına dair suallara cavab vermək çətindir".
 


Bazarda Dövlət Sığorta Fondu ilə Təqaüd Fondunun rəqibləri olmalıdır məsələsinə gəlincə, Natiq Cəfərli bunun üçün zamana ehtiyacın olduğunu əlavə edib:

"Hələ bilmirik ki, buna imkan verəcəklər, ya yox. Yaşayaq, görəcəyik".

Qeyd edək ki, Maliyyə Nazirliyinin "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədinə əsasən Azərbaycanda pensiya islahatları olacaq. Sənədə əsasən, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli (15–65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->