Xəbər lenti

Siyasət 19:20 14.02.2023

"Paşinyanın sülhməramlılarının mandatı ilə bağlı təklifi kremlin qəzəbinə səbəb olub" - Politoloq

"Volodinin bəyanatını Qarabağ mövzusu üzərindən Moskvanın Qərbə və Ermənistana növbəti təhdidi kimi qiymətləndirmək lazımdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistanın Avropa Parlamenti və AŞPA-nın Qarabağ probleminin həllinə cəlb olunması cəhdlərini tənqid edərək, onları təhdid etməsinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, Moskvanın forpostu olan İrəvan artıq Fransanın forpostuna çevrilir:


 
"Son zamanlar tək Qərbin bölgəyə marağı xeyli artıb. Bu isə Rusiyanı ciddi şəkildə narahat edir. Ermənistan sərhədinə Avropa İttifaqının 70 nəfərlik Fransa jandarmneriyası olmaqla 200 nəfərlik müşahidə missiyasının gəlişi də onu göstərir ki, Moskvanın forpostu olan İrəvan artıq Fransanın forpostuna çevrilir. Bununla bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da təhdid dolu açıqlamalar verib. Onun sonuncu bəyanatı  isə Parisə yönəlmişdi. 

Rusiyanın açıq formada Avropa Parlamenti, AŞPA, həm də Ermənistanı hədəfə alması təsadüfi deyil. İstər Rusiya, istərsə də Ermənistan söhbət Qarabağdan gedirsə, Azərbaycanın razılığı və iştirakı olmadan heç bir məsələni həll edə bilməzlər. Baxmayaraq ki, ikili standartlar hələ də davam edir, amma dünya birliyi sözdə də olsa, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də, Qarabağda yaşayan icmanın insan və vətəndaş hüquqlarının müzakirəsi Azərbaycan tərəfilə razılaşdırılmalı və onun iştirakı ilə aparılmalıdır”. 
 
Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın Avropa Parlamenti və AŞPA-nın Qarabağ probleminin həllinə cəlb olunması təklifinin əleyhinə çıxış edib: "Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->