Xəbər lenti

Paşinyan: Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub
Siyasət 10:45 09.08.2025

Paşinyan: Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub

Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh bərqərar ediblər.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında bildirib.

"Bu gün baş verənlər tarixi hadisədir. Mən bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün deyə bilərik ki, sülh bərqərar olub və o, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində bərqərar olub", deyə o bildirib.

Paşinyan əlavə edib ki, kommunikasiyaların və sərhədlərin açılması Ermənistan iqtisadiyyatına milyardlarla dollar sərmayə cəlb edəcək. O, ölkə vətəndaşlarını sülh gündəmi ətrafında birləşməyə çağırıb.

Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesi davam edəcək, Sovet dövründə mövcud olan sərhədlər bərpa edilməlidir:

"Elə ərazilər var ki, bizə məxsusdur. Amma Azərbaycanın nəzarəti altındadır. Elə ərazilər də var ki, Azərbaycana məxsusdur. Lakin bizim nəzarətimizdədir. Delimitasiya prosesi davam etməlidir. Müstəqil Ermənistanın ərazisi Sovet dönəmindəki Ermənistanın ərazisi ilə eynidir. Eyni zamanda, müstəqil Azərbaycanın ərazisi də Sovet dövründəki Azərbaycan ərazisi ilə eynilik təşkil edir". (APA)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->