Xəbər lenti

Parisdə terrorizmi maliyyələşdirməyə görə onlarla kürdün məhkəməsi başlayır
Dünya 13:37 05.04.2023

Parisdə terrorizmi maliyyələşdirməyə görə onlarla kürdün məhkəməsi başlayır

Parisdə Kürd Fəhlə Partiyasının (PKK) üzvü hesab edilən və terror fəaliyyətini maliyyələşdirməkdə ittiham olunan 11 kürdün məhkəməsi başlayıb.

Bu barədə Qaynarinfo "La Figaro”ya istinadən xəbər verir.

Mühakimə olunan 11 nəfər arasında 24-64 yaş arasında olan yalnız 9 nəfər şəxsən iştirak edir. Onların hamısı Türkiyədən olan etnik kürdlərdir. İşə Paris Cinayət Məhkəməsinin terrorizm üzrə ixtisaslaşan 16-cı palatası baxır.

Onlar Fransanın cənub-şərqindəki kürd diasporunun nümayəndələrindən "inqilab vergisi” toplamaqda ittiham olunurlar və hədə-qorxu ilə pul tələb etmə və terrorizmin maliyyələşdirilməsinə görə mühakimə olunacaqlar.

İfadə və telefon dinləmələri kürd diasporunun bir hissəsi ideoloji səbəblərdən könüllü olaraq belə bir haqqı ödədiyi halda, bəzi hallarda üsulların "reket” kimi olduğunu ortaya çıxarıb. PKK-nın fəaliyyətini maliyyələşdirmək üçün ildə bir dəfə "inqilab vergisi” yığılırdı. Məbləğ şəxsin təxmini gəlir səviyyəsindən asılı olaraq müəyyən edilib. Yalnız Fransanın cənub-şərqində bu yolla iki milyon avroya qədər pul yığmaq mümkün idi.

Vəkillər "terrorçu" kvalifikasiyası ilə razılaşmırlar və müdafiə arqumentləri arasında Türkiyədə qalan bir neçə təqsirləndirilən şəxsin ailələrinin təqib olunduğunu, həmçinin kürdlərin İŞİD-ə qarşı mübarizədəki rolunu xatırlatmağı planlaşdırırlar. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->