Xəbər lenti

Paris-2024: Azərbaycan güləşçisinin bürünc uğrunda rəqibi müəyyənləşdi
İdman 13:22 10.08.2024

Paris-2024: Azərbaycan güləşçisinin bürünc uğrunda rəqibi müəyyənləşdi

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvilinin rəqibi müəyyənləşib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı bürünc medal uğrunda Polşa təmsilçisi Robert Baranla üz-üzə gələcək.

Bürünc medal görüşləri bu gün Bakı vaxtı ilə 20:15-də başlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->