Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "Fənərbağça" Halil Umut Melerin idarə etdiyi derbidən 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları Matteo Genduzi (28-ci dəqiqə) və Ceyden Ostervolde (48-ci dəqiqə) vurub.
Oyun İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilib.
Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırmışdı.
Şərhlər