Xəbər lenti

Paris-2024: Azərbaycan daha bir qızıl medal qazandı
İdman 13:23 07.09.2024

Paris-2024: Azərbaycan daha bir qızıl medal qazandı

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq. Azərbaycan idmançılarından İmaməddin Xəlilov (taekvondo), Səid Nəcəfzadə (atletika) qızıl, Lamiyə Vəliyeva qızıl və gümüş, Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov (taekvondo), Vəli İsrafilov (üzgüçülük) isə bürünc medal qazanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->