Pakistan İslamabaddakı məsciddə insanların ölümünə səbəb olan partlayışla əlaqədar dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində yazıb.
"Bu çətin vaxtda Pakistanla həmrəyliyə görə sizə təşəkkür edirik. Terrorizmlə mübarizədə əzmimiz sarsılmaz olaraq qalır", - o yazıb.
Qeyd edək ki, hadisə nəticəsində 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.
Şərhlər