Amerikanın Nyu-York şəhərinin sakinləri siçovulların çoxluğuna görə kütləvi şəkildə başqa yerlərə köçürlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Post" qəzeti şəhər meri Erik Adamsa istinadən məlumat yayıb.
ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, son bir ildə təxminən 102 min insan Nyu-Yorku tərk edib. Bu statistikaya münasibət bildirən şəhər rəhbəri baş verənlər bir neçə amillə izah edib.
O, xüsusilə yaşayış qiymətlərinin yüksək olmasına və koronavirus pandemiyasının nəticələrinə diqqət çəkib. Eyni zamanda, Adams şəhərdə çoxlu siçovulların peyda olduğunu vurğulayıb.
"Uşaqları və ailələri olan bəzi insanlar uşaqlarının çöldə oynaya biləcəyi, böyük yaşıl sahələr, heyvanları görmək istəyərlər. Nyu Yorkda siçovullardan başqa heç bir heyvan görməyəcəksiniz", deyə mer bildirib.
Eyni zamanda o, yerli hakimiyyət orqanlarının əhalinin Nyu-Yorkdan daha da böyük axınının qarşısını almaq üçün lazımi tədbirlər gördüyünü vurğulayıb. Mer bildirib ki, gəmiricilərdən xilas olmaq üçün də işlər aparılır.
Aydın
Şərhlər