Novruzda rayonlarda dincəlmək neçəyə başa gələcək? (QİYMƏTLƏR/VİDEO)
Bölgələrdəki otellərin qiymətində artım müşahidə olunur.
Mart ayı gəlişi ilə özü ilə bərabər çoxlu bayramlar da gətirir. Bu bayramları fərqli qeyd etmək istəyənlər ya xarici ölkələrə ya da bölgələrə üz tuturlar. Bölgələrdəki otel menecerləri deyirlər ki, bayramla əlaqədar olaraq, qiymətlər əvvəlki aylara nisbətən artıb.
Otellərdən "Xəzər Xəbər"ə bildirilib ki, hazırda həm 8 Mart, həm də Novruz bayramıyla əlaqədar olaraq ilkin rezervasiyalar var və otaqların 30-40%-i bron edilib.
Ekspertlərin sözlərinə görə, bayramqabağı qiymət artımının əsas səbəblərindən biri də quru sərhədlərinin bağlı olmasıdır.
Onlar deyir ki, 4 nəfərlik bir ailənin ölkə ərazisindəki hər hansısa bir bölgədə martın 20-23 arası tarixlərdə 3 günlük istirahəti təxminən 1000-2000 manat arası tutur. Əgər 1 həftəlik istirahət etmək istəsələr bunun üçün də qiymətlər təqribi 4000 manatdan başlayır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər