Xəbər lenti

Nikol Paşinyan və xanımı Moskvaya getdi
Dünya 09:45 25.05.2023

Nikol Paşinyan və xanımı Moskvaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Moskvaya işgüzar səfərə gediblər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçiriləcək növbəti iclasında iştirak edəcəyi barədə məlumat yayılmışdı.

İşgüzar səfər çərçivəsində Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli danışıqlar da nəzərdə tutulub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->