Xəbər lenti

NBA tarixinin ən böyük müqaviləsi bağlana bilər
İdman 14:53 26.07.2023

NBA tarixinin ən böyük müqaviləsi bağlana bilər

NBA təmsilçisi "Boston Celtics" tarixin ən böyük müqaviləsini razılaşdırılıb.

Qaynarinfo-nun mlumatına görə, klub Ceylen Braunla 304 milyon dollar dəyəri olan yeni beşillik anlaşma həyata keçirəcək. NBA-da yer alan xəbərə görə,  26 yaşlı basketbolçu beşillik müqaviləni qəbul etdiyi bildirilib.

Qısa müddətdə rəsmi imzaların atılacağı vurğulanan xəbərdə Braunun NBA tarixinin ən çox qazanan oyunçusu olacağı bildirilib. NBA-nın hazırkı rekordu isə  "Denver Nuggets"'in serb ulduzu Nikola Jokiçə məxsusdur. O klubu ilə keçən yay 264 milyon dollarlıq müqavilə bağlamışdı. 

2016-cı ildə "Boston Celtics" tərəfindən ümumi hesabda üçüncü seçilən 26 yaşlı basketbolçu ötən mövsüm orta hesabla 26,6 xal, 6,9 ribaund və 3,5 məhsuldar ötürmə ilə yadda qalıb.

Səbuhi Həsənov
--> -->