Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş tutub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Qeyd edək ki, Rza Xudiyev Fövqəladə Hallar Nazirliyinin məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Onun babası və atası da məşhur yanğınsöndürənlərdən olub.
Əhməd
Şərhlər