Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin sədri Natiq Cəfərli Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Natiq Cəfərli özünün "Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, görüş Ədalət Vəliyevin dəvəti ilə baş tutub.
"Görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, "Siyasi partiyalar haqqında” Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi oldu. Görüş zamanı Ədalət Vəliyev REAL Partiyasının Siyasi Komitəsinə sədr seçilməyim münasibəti ilə məni təbrik etdi və işimizə uğurlar arzuladı”, deyə Natiq Cəfərli qeyd edib.
REAL-ın sədri İlqar Məmmədov cari ilin sentyabrında istefa verdiyi açıqlayıb. Partiyanın Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.
Şərhlər