Xəbər lenti

Naşirlər kitab sərgisini boykot edir - Bəyanat qəbul edildi
Ölkə 20:01 04.10.2024

Naşirlər kitab sərgisini boykot edir - Bəyanat qəbul edildi

 

Azərbaycan Nəşriyyatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Kitab Alışının Dayandırılması qərarına etiraz bəyanatı yayıb. 


Qaynarinfo xəbər verir ki, bəyanatda deyilir:


Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi.

Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Antiinhisar fəaliyyəti haqqında” qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz; "Dövlət satınalmaları haqqında” qanun özü bunu qadağan edir.

Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir.

Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və AİBNDX-dən tələb edirik. 

Əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, biz nəşriyyatlar yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəyimizi bəyan edirik.

Bu mühüm məsələyə diqqət yetiriləcəyinə və problemi müsbət həll edəcəyinizə ümid edirik.

Amin Orucov, Simurq Nəşriyyatı 

Arzu Bəylərli, Audiokitab

Bəhram Oruclu, Çinar nəşriyyatı 

Elçin Sadiqov, Fidan Nəşriyyat və Dağıtım 

Əli Eynəliyev, Dastan Yayımları 

Əsəd Süleymanov, MİMTA Yayımları 

Fatimə Alxaz, Ağıllı Bala Nəşriyyatı 

Günel Tağıyeva, Kibu yayımları 

Hafiz Eyyubov, Qələm Nəşriyyatı 

Həsən Kərimov, Kitabçı Nəşriyyat evi 

İlkin Abdulla, Strauss Press 

İlkin Abdullayev, Çardaq və Kosmo nəşriyyatı 

Misir Aslanov, Zəka Print 

Mübariz Həsənov, Alfacin Nəşriyyatı 

Muxtar Abbasov, RM Nəşriyyatı 

Nemət Əliyev, Everest Nəşriyyat evi 

Nicat İbrahimov, TEAS Press Nəşriyyat Evi 

Nigar Köçərli, Əli-Nino nışriyyatı

Nurman Şahmərdanov, Parlaq İmzalar nəşriyyatı

Orxan Bəyov, İZƏ Nəşriyyatı 

Rafiq İsmayılov, Altun Kitab nəşriyyatı 

Rasim Qaraca, Alatoran nəşriyyatı

Ramiz Məmmədov, İpəkyolu Nəşriyyatı 

Sadıq Babazadə, Mayak Nəşriyyatı 

Səbinə Əli, Səbat Nəşriyyatı 

Səbuhi Zeynalov, XAN Nəşriyyatı 

Şahbaz Xuduoğlu, Qanun nəşriyyatı 

Şəmil Sadiq, Hədəf Nəşrləri 

Şöhlət Səlimov, Qədim Qala Nəşriyyatı

Tural Axundov, Təhsil nəşriyyatı 

Ülvi Ağa, İdiot Yayınları 

Ülvi Cabbarov, Gündüz Yayınları 

Veysəl Məmmədov, Libra Kitab 

Yusif İlhamoğlu, Çapar Yayınları

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->