Xəbər lenti

Narkotikə görə 25 oyunluq cəzalandı
İdman 11:00 24.01.2024

Narkotikə görə 25 oyunluq cəzalandı

Amerikanın əsas basketbol liqası NBA "Klivlend Kavaliers"in  üzvü Tristan Tompsonu 25 oyunluq cəzalandırıb. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb basketbolçunun narkotik testinin müsbət nəticə göstərməsi olub. NBA-dan verilən rəsmi açıqlamada 32 yaşlı basketbolçunun bu səbəbdən 25 matçlıq diskvalifikasiya olunduğu bildirilib. 

2016-cı ildə NBA çempionluğunu qazanan "Klivlend Kavaliers"in üzvü bu mövsüm "Boston Seltiks", "Sakramento Kinqs", "Indiana Peysers", "Çikaqo Bullz"  və "Los Anceles Leykers"də oynadıqdan sonra keçmiş komandasına qayıdıb.

Səbuhi Həsənov
--> -->