"Rəsmi şəkildə bəyan edirəm ki, Ədalət Partiyasının sədrliyinə namizədliyimi irəli sürəcəyəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın təşkilat komitəsinin sədr müavini Mütəllim Rəhimov deyib.
O bildirib ki, bu qərar onunla yanaşı, partiya üzvlərinin qərarıdır:
"Bununla bağlı indiyədək dəfələrlə rayon təşkilatları ilə məsləhətləşmələrimiz olub. Onlar İlyas müəllimdən sonra mənim namizəd olmağımı təkid edirlər. Düşünürəm ki, üzvlərimizin rəyini nəzərə almalıyam”.
Mütəllim Rəhimov aprelin 19-da partiyanın Ali Məclisinin iclasının keçiriləcəyini diqqətə çatdırıb:
"İclasda qurultayın tarixini müəyyən edəcəyik və Təşkilat Komitəsi yaradacağıq”.
Bahar Rüstəmli
Şərhlər