Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu gün məsələ ilə bağlı partiyanın qərargahında Müsavat Partiyasının növbədənkənar Məclisi keçirilib.
Məclis qızgın müzakirələrdən sonra parlament seçkilərində iştirak qərarı verib.
Beləliklə, Məclis üzvlərinin 51 nəfəri qərarın lehinə, 19 nəfəri əleyhinə səs verib, 2 nəfər isə bitərəf qalıb.
Müsavat Partiyasından verilən məlumata görə, hazırda seçkidə iştirak edəcək namizədlərin siyahısı hazırlanır. Yaxın günlərdə sözügedən siyahı ictimaiyyətə açıqlanacaq.
Bahar Rüstəmli
Şərhlər