Xəbər lenti

Mövlam Şıxəliyevdən bəraət almaq üçün daha bir addım
Ölkə 16:53 29.08.2024

Mövlam Şıxəliyevdən bəraət almaq üçün daha bir addım

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev bəraət almaq üçün cədhlərini davam etdirir. 

Qaynarinfo-nun məlumatına görə, Mövlam Şıxəliyev Ali Məhkəmədə istəyinə nail ola bilməyəndən sonra Konstitusiya Məhkəməsinə müraciət edib. 

Bildirilir ki, o, barəsindəki hökmü ədalətsiz saydığından ona bəarət verilməsini istəyir. İşə nə vaxt baxılacağı bəlli deyil. 

Tanınmış vəkil Anar Qasımlı Qaynarinfo-ya bildirib ki, Konstitusiya Məhkəməsi işdəki qanun pozuntularını araşdırır. 

"Əgər qanun pozuntuları varsa, bununla bağlı qərar çıxarılır və iş Ali Məhkəmənin plenumuna göndərilir. Plenum Ali Məhkəmənin qərarını ləğv edir və işə yenidən apellyasiya instansiyasında baxılır", deyə Anar Qasımlı əlavə edib. 

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->